Paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 438,1 mln. manat olub

12:17 - 10.08.2022


10 avqust, Fineko/abc.az. 2022-ci ilin altı ayında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 62,3 faiz artaraq 438,1 milyon manat olub.

Bu barədə ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir.

Qeyd olunur ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 279,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 63,8 faizini təşkil edib.