Britaniyanın Bakıdakı şirkəti bağlandı

16:49 - 20.07.2022


20 iyul, Fineko/abc.az. Böyük Britaniyanın daha bir şirkəti ölkəmizdən getdiyini açıqlayıb. Belə ki, ingilislərin məşhur memarlıq və layihələndirmə şirkəti “Broadway Malyan” Azərbaycandakı törəmə şirkətini bağlayıb.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, Azure Business Centre, ev 15, mənzil 140 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi İan Apsley həm də mərkəzi Londonda yerləşən “Broadway Malyan Group”un icraçı direktorudur.