10:36 - 23.05.2018
23 may, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.
Mərkəz, Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunun yenidən təşkili yolu ilə yaradılmış və publik hüquqi şəxs statusu almışdır.
Mərkəzin nizamnamə fondunun formalaşdırılması üçün, 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan 1 milyon manat ayrılacaq.