10:48 - 24.06.2022
24 iyun, Fineko abc.az. İyunun 28-də “Bakı Fond Birjası" QSC-də (BFB) “Bank BTB” ASC-nin ümumi dəyəri 3 milyon manat olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə ABC.AZ BFB-yə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd istiqrazdan gedir. Qiymətli kağızlar 6 il tədavüldə olacaq.
Onların illik gəlirliliyi 9 %-dir. Faizlər bir aydan bir ödəniləcək.
Prosesin anderrayteri “BTB Kapital İnvestisiya Şirkəti ” QSC-dir.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026