Monteneqrodan Rusiyaya qarşı sanksiya – Detallar

16:11 - 13.06.2022


13 iyun, Fineko/abc.az. Monteneqro Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar paketini rəsmən dəstəkləyib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Radio və Televiziyası (RTCG) məlumat yayıb.

“Avropa Birliyi də cümə günü, iyunun 3-də Rusiyanın neft idxalına rəsmi embarqonu və iri banklara və yayım şirkətlərinə qarşı digər sanksiyaları təsdiqləyib. Rusiyaya qarşı altıncı sanksiyalar paketi Aİ Şurası tərəfindən təsdiqlənib və dənizə çıxışı olmayan ölkələr istisna olmaqla, Rusiya neftinin dəniz yolu ilə idxalına qadağa qoyulmasını nəzərdə tutur. Bir gün əvvəl İsveçrə də Aİ-nin Rusiya neftinin tədarükünə qismən embarqonu ehtiva edən altıncı anti-Rusiya sanksiyalar paketini dəstəkləyib", - deyə məlumatda qeyd edilib.

Müəllif: Elmir Murad