14:06 - 2.06.2022
2 iyun, Fineko/abc.az. Türkiyə iyunun 1-dən ölkəyə səfər edən sərnişinlərdən mənfi nəticəli PCR və antigen test tələbini ləğv edib.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat Türk Hava Yollarının saytında yer alıb.
Qeyd edilib ki, ölkə həmçinin peyvənd şəhadətnaməsi tələbini və ya peyvənd şəhadətnaməsini ölkəyə daxil olmamışdan əvvəl təqdimetmə məcburiyyətini də ləğv edib.
Qeyd edək ki, artıq xaricdən Türkiyəyə səyahət edənlər üçün peyvənd pasportu və ya test tələbi yoxdur.
Bundan öncə Türkiyəyə getmək üçün son 72 saat əvvəl verilmiş neqativ nəticəli PCR və ya girişdən öncə 48 saat içində edilmiş neqativ antigen testi istənirdi.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026