İyun ayının qeyri-iş günləri - Detallar

10:10 - 1.06.2022


1 iyun, Fineko/abc.az. İyun ayında bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub.

ABC.AZ xəbər verir ki, iyunun 15-i Milli Qurtuluş Günü, iyunun 26-sı isə Silahlı Qüvvələri günüdür.

İyunun 26-sı bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 27 iyun qeyri-iş günü olacaq. Beləliklə, iyunun ayının 15-i və 27-si bayramlarla əlaqədar qeyri-iş günüdür.

Bundan başqa şənbə və bazar günləri ilə əlaqədar daha 7 gün (4, 5, 11, 12, 18, 19, 25 iyun tarixləri) qeyri-iş günü olacaq.