"Google" şirkəti bu ticarət markasını qeydiyyatdan keçirdi

10:42 - 25.04.2022


25 aprel, Fineko/abc.az. ABŞ-ın "Google" şirkəti "Pixel Watch" ticarət markasını qeydiyyatdan keçirib.

ABC.AZ-ın məlumatına görə, müvafiq sənəd ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin saytında dərc edilib.

Adıçəkilən patent sənədi şirkətin yeni qadceti haqqında ilk rəsmi detallardır. Məlumata görə, müraciət 19 apreldə daxil olub.

Qeyri-rəsmi olaraq "Google" şirkəti xeyli vaxtdır ki, "ağıllı saat" üzərində çalışır. "Pixel Watch"-un ekranı dairəvi formada olacaq və fitnes izləyicisi və sağlamlıq göstəriciləri də daxil olmaqla Fitbit xidmətləri ilə inteqrasiya olunacaq.

Smert-saat səsli köməkçi "Google Assistant"la təchiz ediləcək və "Wear OS 3.1" əməliyyat sistemi bazasında çalışacaq.