Procter & Gamble Rusiyada biznesin tezliklə bağlanacağı barədə xəbərdarlıq edib

11:12 - 21.04.2022


21 aprel, Fineko/abc.az. Amerikanın Procter & Gamble (P&G) şirkəti Rusiya Federasiyasına tətbiq edilən sanksiyaların dolayı təsiri, habelə maddi-texniki çətinliklər və maliyyə əməliyyatlarına nəzarətin artması səbəbindən Rusiyada biznesini dayandırmaq variantını nəzərdən keçirir.

ABC.AZ rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət geosiyasi hadisələrin tərəfdaşlara, təchizatçılara və distribyutorlara mənfi təsirini qeyd edib.

Qeyd edək ki, bir ay əvvəl P&G Rusiya bazarına investisiyaların dayandırıldığını, eləcə də Rusiya üçün çeşidin azaldılmasını elan etmişdi.

Ümumilikdə P&G-nin Rusiya seqmentində 2,5 minə yaxın işçi çalışır, daha 500-ə yaxın işçi isə Ukraynada qeydiyyatdan keçib.  Hazırda şirkəti narahat edən əsas problem Ukraynada dağıla biləcək iki zavoddur ki, bu da böyük maliyyə problemlərinə gətirib çıxaracaq.