16:42 - 14.04.2022
14 aprel, Fineko/abc.az. Meksika, Dominikan Respublikası və Maldiv adalarında fəaliyyət göstərən “RIU Hotels & Resorts” otellər şəbəkəsi rusları qəbul etməyi dayandırıb.
ABC.AZ-ın Rusiya mətbuatına istinadən məlumatına görə, sözügedən otellər şəbəkəsi artıq Rusiyadan olan turoperatorlar üçün rezervasiyaların bağlandığını elan edib.
Rezervasyonun dayandırılmasının səbəbi açıqlanmadığı bildirilib.
Qeyd edək ki, “RIU Hotels & Resorts” otellər şəbəkəsinin hazırda 20 ölkədə 100 oteli var və onlar rusiyalı turistlər arasında çox populyardır.