Türkiyə şirkəti Azərbaycana 10 milyon manat sərmayə qoyacaq - 750 iş yeri açılacaq

15:43 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “4MAPS Bilgi Teknolojileri” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentlik statusu verilib. Məlumata görə, “4MAPS Bilgi Teknolojileri” MMC Sumqayıt Kimya Sənaye Parkının 1,5 ha ərazisində “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətləri” layihəsini həyata keçirəcək.

ABC.AZ xəbər verir ki, investisiya dəyəri 10 milyon manat olan müəssisədə ilk mərhələdə 750 iş yerinin yaradılması nəzərdə tutulur.

“4MAPS Bilgi Teknolojileri” şirkətinin təsisçisi Abdullah Demirtaş Marja.az-a bildirdi ki, Parkın ərazisində 6 mərtəbəli tədqiqat-inkişaf mərkəzi və daxilində restoranların fəaliyyət göstərəcəyi biznes mərkəzi tikiləcək:

“Bizim şirkət xəritəçəkmə və naviqasiya xidmətləri platforması “HERE”ın və “Apple”ın tərəfdaşıdır. Həmçinin “Yandex” şirkətinin Azərbaycan üzrə məlumat təchizatçısıyıq. “Yandex Map” xəritəsi üzrə məlumatları biz toplayıb göndəririk. Şərqi Avropa, Gürcüstan, Müstəqil Dövlətlər Birliyi, Orta Asia ölkləri üçün xəritlərin formalaşdırılması mərkəzini (prosesinq mərkəzini) Azərbaycanda qurmağı nəzərdə tuturuq”.