Orta aylıq nominal əməkhaqqılarının ən çox olduğu sahələr - Siyahı

10:36 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi cari ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqıları 765 matat 90 qəpik təşkil edib.

ABC.AZ-ın məlumatına görə, dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 709 manat 30 qəpik, özəl müəssisələrdə isə 832 manat 20 qəpik olub.

2022-ci ilin yanvar ayında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə 1000 manatdan yüksək olan orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub:

Mədənçıxarma sənayesi – 2 814 manat 30 qəpik

Tikinti – 1 003 manat 40 qəpik

İnformasiya və rabitə – 1 225 manat

Maliyyə və sığorta fəaliyyəti – 1 868 manat 30 qəpik

Peşə, elmi və texniki fəaliyyət – 1 200 manat