10:30 - 14.04.2022
14 aprel, Fineko/abc.az. Rusiyaya sanksiyaların biri ucu da rusiyalı olqarxlara toxunur. Belə ki, artıq bir neçə rusiyalı oliqarx sanksiyaların təsirindən sərvətlərini itirməyə başlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın ərazisi olan Cersi adasında rusiyalı milyarder Roman Abramoviçin 7 milyard dollarlıq aktivləri dondurulub.
Bu, 13,9 milyard dollar pulu olduğu deyilən oliqarxın sərvətinin yarısıdır.
Məlumat üçün əlavə edək ki, Böyük Britaniya hökuməti bundan əvvəl də rusiyalı iş adamı Roman Abramoviçə qarşı sanksiya tətbiq edib.
Rusiyalı milyarderin aktivləri, o cümlədən, “Çelsi”nin aktivləri dondurulub.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026