Məşhur bloqer Azərbaycanı “Netflix”də təbliğ ediləcək - Foto

14:13 - 12.04.2022


12 aprel, Fineko/abc.az. Məşhur fransalı bloqer sosial media hesablarından, həmçinin “Netflix” platforması üzərindən Azərbaycan mədəniyyətinin təbliğatına yönələn layihəyə başlayır.

Mədəniyyət Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, avtomobil turu formatında həyata keçiriləcək layihədə Fransanın komediya ustası “Patrick le Chinois” ləqəbi ilə tanınan Patrik Veiseiller Azərbaycan tarixi, milli-mədəni irsi, tolerant və multikultural mühiti barədə verilişlər hazırlamaq məqsədilə Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət qrupla Naftalan, Göygöl, Şəki, Bakı və digər bölgələrə səfər edib.

Qeyd edək ki, bloqer, həmçinin, paytaxt Bakı və şəhərin memarlığı, mədəni mühiti ilə bağlı reportajları da təqdim edəcək.