Mobil telefonların batereyaları bundan sonra belə dəyişdiriləcək

17:02 - 5.04.2022


5 aprel, Fineko/abc.az. Hələ bir neçə il bundan öncə smartfonların arxa qapaqlarını açmaqla batareyanı fərdi şəkildə dəyişmək imkanı mövcud idi.

ABC.AZ xarici KİV-ə istinadən bildirir ki, hazırda smartfonların çoxu fərdi şəkildə dəyişdirilə bilməyən batareya ilə təchiz olunduqlarına baxmayaraq yaxın zamanda bu vəziyyət dəyişə bilər.

Belə ki, Avropa Birliyi daxilində fərdi şəkildə dəyişdirilə bilən batareyaların istifadəsi qanununun lehinə səs verilib və bu qanun 2024-cü ildə qüvvəyə minməlidir.

Hal-hazırda bir çox cihaz uzunömürlü litium batareyalar ilə təchiz olunduğu üçün istehsalçılar onları fərdi şəkildə dəyişdirilə bilən batareyalardan məhrum etmək qərarına gəlmişdilər.

Nəticədə hazırda bu və ya digər smartfonun batareyasını dəyişmək üçün xüsusi alətlərə və bacarıqlara sahib olmaq lazımdır.

Nəzərdə tutulmuş yeni qanun isə smartfonlardan tutmuş elektrikli skuterlərə kimi olan geniş elektronik cihazları əhatə edəcək.