14:05 - 1.04.2022
1 aprel, Fineko/abc.az. Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti barədə bədbin məlumatlar verilir.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat “Bloomberg Billionaires Index (BBI)” reytinqinə əsasən yayımlanıb.
Belə ki, reytinqdə ilin əvvəlindən bu günə kimi Rusiyalı iş adamlarının sərvəti 50,1 milyard dollar azalıb.
Məlumata görə, sərvəti ən çox azalan “Lukoil” prezidenti və həmtəsisçisi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov olub. Belə ki, onun sərvəti 17,4 milyard dollar həcmində azalıb. Qeyd edək ki, dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.
Bununla yanaşı, hazırda Rusiyanın ən varlı insanı, “Nornikel” şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potanin ilin əvvəlindən bu yana 1,47 milyard dollar itirib. Bununla belə, onun sərvəti 29,4 milyard dollar olaraq qiymətləndirilir.
Rusiyalı milyarder Roman Abromoviçin sərvəti isə ilin əvvəlindən 3,6 milyard dollar azalaraq 14,4 milyard dollar təşkil edib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026