15:47 - 19.10.2017
Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) və Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) bu gün ikitərəfli valyuta hərracında iştirak etdilər.
AMB-dan verilən məlumata görə, hərracın yekunları üzrə, Amerika valyutasının orta ölçülmüş məzənnəsi 1 USD = 1,7001 AZN təşkil etdi.
Daha öncə, 12 oktyabr tarixində keçirilmiş hərracda məzənnə 1 USD üzrə 1,7003 AZN təşkil etmişdir.