Xusilərin hücumları fonunda Qırmızı dənizdə yükdaşımaların sığorta dəyəri iki dəfə artıb - "Reuters"

20:48 - 24.07.2026


24 iyul, Fineko/abc.az. İranın dəstəklədiyi Yəmən xusilərinin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsindən sonra Qırmızı dənizdən keçən ticarət gəmiləri üçün hərbi risk sığortası haqları iki dəfədən çox artıb.

"Reuters" agentliyinin məlumatına görə, sığorta mükafatları əvvəlki 0,3% səviyyəsindən gəminin ümumi dəyərinin təqribən 0,75%-nə qədər yüksəlib.

Nəşr qeyd edir ki, xusilərin bu addımı İran ətrafındakı münaqişə çərçivəsində ABŞ-la qarşıdurmanın yeni cəbhəsini açır.

Eyni zamanda, bu vəziyyət qlobal enerji tədarükü və ticarəti üçün təhlükələrin coğrafiyasını Fars körfəzindən kənara çıxararaq daha da genişləndirir.