22:42 - 24.07.2026
24 iyul, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqını (Aİ) Amerikanın böyük texnologiya şirkətlərinə qarşı əsassız cərimələr tətbiq etməkdə ittiham edib.
Dövlət başçısı "Google" şirkətinin növbəti dəfə 1 milyard dollar məbləğində cərimələnməsinə cavab olaraq, Aİ-nin ədalətsiz ticarət təcrübələrinə qarşı "Bölmə 301" (Section 301) çərçivəsində dərhal təhqiqata başlanılacağını bəyan edib.
Trampın sözlərinə görə, Aİ tərəfindən "Apple", "Meta", "Amazon" və "Google"a kəsilən milyardlarla dollarlıq cərimələr diskriminasiya xarakteri daşıyır.
Vaşinqton bu qərarlara cavab olaraq yaxın vaxtlarda Avropa İttifaqına qarşı kəskin cavab tarifləri tətbiq etməyi planlaşdırır.