16:42 - 15.03.2022
15 mart, Fineko/abc.az. Rusiya üçün tətbiqi gözlənən sanksiyalardan biri də Dünya Ticarət Təşkilatına üzvülük sayəsində əldə etdiyi "ən əlverişli ölkə" statusunun ləğvidir.
Bu status DTT-nin təməl mexanizmlərindən biridir. Məqsədi üzv ölkələri qarşılıqlı ticarətdə bir-birinə qarşı diskriminasiyadan çəkindirmək, əksinə üzv ölkənin ixtiyari ölkəyə təqdim etdiyi əlverişli ticarət rejimini bütün üzvlərə tanımaqdır.
ABC.AZ xəbər verir ki, bunu ekspert Rövşən Ağayev özünün facebook səhifəsində qeyd edib.
Ekspert məsələni belə izah edib:
"Əgər üzvlərdən biri hansısa məhsul və məhsul qrupu üzrə "ən əlverişli ölkə" statusu ilə bir ölkəyə aşağı idxal tarifi (yaxud 0 dərəcə ilə) tətbiq edirsə, avtomatik olaraq üzv ölkələrin hamısı həmin əlverişlil ticarət rejimindən yararlanır. Rusiyanın bu statusu itirməsi o demək olacaq ki, o DTT üzvləri ilə ticarətdə diskriminasiyadan qorunmayacaq, əlverişli ticarət rejimləri ona şamil edilməyəcək".
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026