14:56 - 10.03.2022
10 mart, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı” çərçivəsində bu ilin əvvəlindən 332 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib.
Agentliyin Strateji kommunikasiya departamentindən ABC.AZ-a verilən məlumata görə, göndəriş verilənlərin bir hissəsi ilə əmək müqavilələri bağlanılıb, digərləri ilə həmin müqavilələrin bağlanması işləri davam edir.
2020-ci ilin son aylarında icrasına başlanan bu proqram üzrə ötən dövrdə 204, o cümlədən bu il 15 işəgötürənlə əməkdaşlığa başlanılıb və müqavilələr imzalanıb.
Həmin müqavilələr əsasında artıq 650 nəfər işlə təmin edilib.
Onların bir hissəsi də şəhid ailəsi üzvləri, müharibə qaziləri, əlilliyi olan şəxslərdir.