800 min işçinin maaşları artıb - Detallar

12:03 - 25.02.2022


25 fevral, Fineko/abc.az. Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2022-ci ilin əvvəlindən ölkədə əməkhaqlarında növbəti artımlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, minimum aylıq əməkhaqqının 250 manatdan 300 manata çatdırılması ilə əlaqədar 800 min işçinin, o cümlədən maaşları Vahid Tarif Cədvəli (VTC) üzrə müəyyən olunanların əmək haqqında orta hesabla 20 faiz artım baş verib.

VTC üzrə işçilərdə orta aylıq əməkhaqqı 387 manatdan 465 manata çatıb.

Hazırda həmin cədvəlin ilk pilləsi üzrə əməkhaqqı 300 manat, ən yüksək - 19-cu pilləsi üzrə əməkhaqqı 979 manatdır. Minimum əməkhaqqı artımı üçün dövlət büdcəsindən ayrılan əlavə illik vəsait 460 mln. manat təşkil edir.

Müəllif: Elmir Murad