17:01 - 18.02.2022
18 fevral, Fineko/abc.az. 1 yanvar 2022-ci il tarixinə olan hesabata görə, Azərbaycanda ölkə üzrə orta aylıq əməkhaqqılarının həcmi 732.1 manata çatıb.
ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin statistik göstəricilərində qeyd edilib.
Sözügedən statistikada vurğulanıb ki, orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Bakıdır. Belə ki, paytaxta bu göstərici 948.9 manat təşkil edib.
Digər ikinci ən çox əməkhaqqının olduğu rayon Daşkəsəndir. Burda orta aylıq əməkhaqqı 709.4 manatdır.
Gədəbəy 668.1 manat olmaqla 3-cü yerdədir, 4-cü yerdə isə 647.2 manat olmaqla Sumqayıt, 5-ci yerdə isə 626.7 manat olmaqla Sədərək rayonudur.
Ölkə üzrə ən aşağı orta aylıq əməkhaqqı Qax, Xızı və Ağdam rayonlarında qeydə alınıb. 1 oktyabr 2021-ci il tarixinə olan statistik rəqəmlərə əsasən Qaxda orta aylıq maaş 399.4 manat, Xızıda orta aylıq əməkhaqqı 420.1 manat, Ağdam rayonunda isə 413.6 manat təşkil edib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026