10:08 - 2.02.2022
2 fevral, Fineko/abc.az. Bir zamanların məşhur telefon markası olan “BlackBerry” mobil qurğular və mesajlaşma servisləri ilə bağlı patentlərini satır.
ABC.AZ-ın məlumatına görə, şirkətin səhmlərini “Catapult IP Innovations Inc.” adlı qurum almaq niyyətindədir.
Sözügedən qurun bunun üçün 600 milyon ABŞ dolları ödəməli olacaq. Bu məbləğin 450 milyonu nağd şəklində, qalan 150 milyon dollar isə üç il ərzində hissə-hissə ödəniləcək.
Qeyd edək ki, bir müddət əvvəl “BlackBerry” şirkəti eyniadlı əməliyyat sisteminin dəstəklənməsini dayandırmışdı.
Müəllif: Elmir Murad