“Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi”nin təqdimatı keçirilib

15:04 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. Yanvarın 26-da Tiflis şəhərində fəaliyyət göstərən "Azerbaijan.Travel" qonaq mərkəzində Gürcüstanın 10-a yaxın turoperatoruna “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi”nin təqdimatı keçirilib.

ABC.AZ xəbər verir ki, təqdimatda tədbir iştirakçılarına “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi” haqqında ətraflı məlumat verilib, layihənin iki ölkənin turizm sənayesi arasında əməkdaşlığın artırılmasına, birgə müəyyən edilən və hədəflənən bazarlarda Azərbaycan və Gürcüstanın turizm potensialının təşviqinin güclənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

Layihəyə əsasən planlaşdırılan birgə turların əsas hədəfi Avropanın bəzi ölkələri ilə yanaşı, Çin, Yaponiya, İndoneziya, Malayziya, ABŞ və Kanadadan olan, daha çox uzunmüddətli səyahətə üstünlük verən turistlər olacaq.