10:38 - 7.01.2022
7 yanvar, Fineko/abc.az. Neft və qaza olan qlobal tələbatın bərpası 2022-ci ildə davam edəcək və ilin sonu üçün COVID-19 pandemiyasından əvvəlki göstəriciləri ötəcək.
ABC.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin proqnozuna istinadən xəbər verir.
Proqnozda qeyd olunur ki, bununla belə, yanacağa olan nisbətən yüksək tələbat hazırda yavaş-yavaş formalaşan dekarbonizasiya səylərinə manelər yaradır.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesablamalarına əsasən, 2019-cu ildə neftə olan ortalama gündəlik qlobal tələbat 99,97 mln. barel, 2020-ci ildə isə 90,98 mln. barel təşkil edib.
OPEC-ın 2021-ci və 2022-ci illər üçün verilən proqnozlara əsasən, sözügedən göstərici müvafiq olaraq 96,63 mln. barel və 100,79 mln. barel səviyyəsində olacaq.
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026