16:28 - 20.12.2021
20 dekabr, Fineko/abc.az. 2010-cu illərdə Rusiyada fəaliyyət göstərmiş və hazırda 885 milyon dollar dəyərində aktivlərə malik olan "Repsol" şimal qonşumuzdakı mədən biznesini dayandırmaq qərarına gəlib.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Qeyd edilib ki, ispan şirkəti layihələrdəki paylarını “Qazprom Neft”ə satmağı düşünür.
Bununla yanaşı Rusiyada neft hasilatına qoyulan investisiyalar şirkətə ən azı 300 milyon dollara başa gələ bilər və bu pulların geri qaytarılacağı ehtimalı azdır.
Ekspertlər hesab edir ki, sözügedən şirkətin Rusiyadakı mədən biznesindən getməsinə səbəb Rusiyanın Krımı ilhaq etməsi və Moskvaya qarşı tətbiq edilən sanksiyalardır.
Müəllif: Elmir Murad
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026