10:00 - 15.12.2021
15 dekabr, Fineko/abc.az. “Bu gün Laçın dəhlizində heç bir gömrük postu yoxdur”.
ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.
Dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizində də heç bir gömrük post olmamalıdır. "Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, eynilə biz də Laçın dəhlizində gömrük postunun açılmasını təmin edəcəyik. Qərar Ermənistan tərəfindən verilməlidir. Hər iki varianta açığıq, ya hər iki tərəfdə gömrük post olmalıdır, ya da heç olmamalıdır”, - dövlət başçısı qeyd edib.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026