14:50 - 14.12.2021
14 dekabr, Fineko/abc.az. Neftə tələbatın artması tempi koronavirusa yoluxma hallarının artması fonunda yavaşlaya bilər.
ABC.AZ-ın məlumatına görə, bu Beynəlxalq Enerji Agentliyinin (IEA) dekabr hesabatında belə aydın olur.
Sözügedən hesabatda qeyd olunur ki, bu yenidən nəqliyyat məhdudiyyətlərinə və təyyarə yanacağının istehlakının azalmasına səbəb olacaq.
“Yeni COVID-19 dalğasının qlobal neft tələbatının bərpasını yavaşlatacağı gözlənilir. İlk növbədə hava nəqliyyatı təsirlənəcək”, - məlumatda deyilir.
İndi neftə tələbatın artması proqnozu 2021-ci il üçün sutkada 5,4 milyon barelə, 2022-ci il üçün isə 3,3 milyon barelə endirilib.
Müəllif: Elmir Murad
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026