Milli Məclisdə turizm müzakirəsi - İclasda maraqlı təkliflər olub

14:19 - 14.12.2021


14 dekabr, Fineko/abc.az. Turizm hər şeydən öncə mədəniyyət hadisəsi, mədəniyyət mübadiləsidir.

ABC.AZ-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, turizmdə mədəni irsimizi təqdim etməyi bacarmalıyıq: “Bu gün turizmin inkişafı üçün işğaldan azad edilmiş ərazilərin timsalında böyük potensial var. Əsas məsələ burada olan abidələrin necə təqdim ediləcəyidir. Yaxşı olardı ki, Turizm Agentliyi bu sahədə işlərə başlasın”.