11:04 - 10.12.2021
10 dekabr, Fineko/abc.az. Cari ilin 9 ayında Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft-qaz şirkətləri 1,7 mlrd. ABŞ dolları (2,72 mlrd. manat) məbləğində gəlir əldə ediblər.
Bu barədə ABC.AZ Mərkəzi Bankın məlumatına istinadən xəbər verir.
Qeyd olunur ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 77,8% artıb. Sözügedən şirkətlərin gəlirləri Azərbaycanın qeyri-rezidentlərə ödənişlərinin 66,7%-ni təşkil edib.
Beləliklə, 2021-ci ilin ilk üç rübündə Azərbaycandan ilkin gəlirlər üzrə qeyri-rezidentlərə ödənişlərin həcmi 2,4 mlrd. dollar (4,08 mlrd. manat) təşkil edib. Bu, illik müqayisədə 20% çoxdur.
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026