11:42 - 30.11.2021
30 noyabr, Fineko/abc.az. Bir müddət əvvəl fəaliyyətini dayandıran "Standart insurance" sığorta şirkətinin ləğv olunduqdan sonra keçmiş müştərilərinə ödəniş edilməsi prosesinə başlanıb.
ABC.AZ-ın məlumatına görə, şirkət müştərilərinə 5 milyon manata yaxın sığorta ödənişi edilib.
Bu barədə İcbari Sığorta Bürosunun direktoru Rəşad Əhmədov bildirib. Onun sözlərinə görə, ümumilikdə indiyədək sözügedən sığorta şirkətinin 5 min müştərisi ödəniş alıb.