16:58 - 12.11.2021
12 noyabr, Fineko/abc.az. İstanbulda keçirilən 11-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali nişanı təqdim edilib.
ABC.AZ xəbər verir ki, nişan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib. Ali nişan Prezident Əliyevə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində xidmətlərinə görə verilib.
Ərdoğan qeyd edib ki, Azərbaycanın ərazilərini işğaldan azad etməsi Türkdilli dövlətlərin əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026