12 noyabr, Fineko/abc.az . Biz cari ildə Azərbaycan “Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində maliyyə hesabatlarının auditini aparmışıq.
ABC.AZ xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. O qeyd edib ki, audit nəticəsində bəzi maliyyə pozuntuları aşkarlanıb: “Bununla bağlı məsələ Hesablama Palatası Kollegiyasında müzakirə olunub, müvafiq Kollegiya qərarı qəbul edilib. Kollegiya qərarında AzTV rəhbərliyinə bəzi tədbirlərin həyata keçirilməsi tövsiyə olunub, bəziləri haqqında ciddi qərar qəbul olunub. Bunlar, əsasən, televiziyanın inkişafı ilə bağlı institusional məsələlərin həllidir. Maliyyə hesabatlarında bəzi gəlir və xərclərin təhrif olunması nəzərə alınaraq, o hesabatlara yenidən baxılması tövsiyə olunub".