Üçtərəfli görüş - İlham Əliyev iki ölkə lideri ilə görüşəcək

12:17 - 10.11.2021


10 noyabr, Fineko/abc.az. Yaxın zamanda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü olacaq.

ABC.AZ-ın məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib.

O qeyd edib ki, Türkmənistan, Azərbaycan və Türkiyənin Şərq-Qərb istiqamətində etibarlı nəqliyyat və enerji körpüsünün yaradılması üzərində fəal iş aparılır. Onun sözlərinə görə, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə layihənin həyata keçirilməsi perspektivləri qalmaqdadır və görüşdə müzakirə olunacaq.