İlham Əliyev: "Slovakiya Qarabağın bərpasında fəal iştirak edir"

11:30 - 14.07.2026


14 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirilən mətbuata birgə bəyanatında Slovakiyanın Qarabağda həyata keçirdiyi infrastruktur layihələrini yüksək qiymətləndirib.

Dövlət başçısı Slovakiyanın Qarabağın bərpasında fəal iştirakından məmnunluğunu ifadə edərək bildirib: “Bu gün biz cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti “ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq”.

Azərbaycan Prezidenti Qarabağın yenidən qurulmasına verdiyi böyük dəstəyə görə Slovakiya rəhbərliyinə bir daha təşəkkürünü bildirib.