"Tesla" elektromobillərin qiymətini artırdı

10:57 - 5.11.2021


5 noyabr, Fineko/abc.az "Tesla" şirkəti növbəti dəfə istehsal etdiyi elektromobilləri bahalaşdırıb.    ABC.AZ xəbər verir ki, "Tesla" Model 3 Standart Range Plus-un qiyməti 43 min 990 dollardan 44 min 990 dollara, Model Y Long Range-in qiyməti 56 min 790 dollardan 57 min 790 dollara qədər artırıb. Digər modellərin də qiymətləri artırılıb. Bu artımlar ilə ən ucuz modelin qiyməti bu il 20%-dən çox yüksəlib.