16:47 - 29.10.2021
29 oktyabr, Fineko/abc.az. Bu yaxınlarda Səhiyyə Nazirliyi, İTSDA və TƏBİB-in iştirakı ilə icbari tibbi sığortanın tətbiqinə dair dinləmə keçirəcəyik.
ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, bu dinləmədə bir çox suallara aydınlıq gətiriləcək: “Bu gün həssas qrupların bəziləri üçün dövlət proqramları tətbiq edilir. Növbəti il üçün xidmətlər zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır”.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026