11:02 - 15.10.2026
15 oktyabr, Fineko/abc.az. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Rumıniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyasının (ANEVAR) ofisində təşkilatın görüş keçirib.
Görüşdə təşkilatın prezidenti Ioan Bercu, 2024–2025-ci illərdə ANEVAR-ın prezidenti olmuş Adrian Popa Bochiş, ANEVAR-ın əməkdaşı Elena Apostolescu və Azərbaycanın Rumıniyadakı səfirliyinin nümayəndəsi iştirak edib.
Görüşdə AQC və ANEVAR-ın fəaliyyəti, təşkilatların inkişaf istiqamətləri, beynəlxalq əlaqələr və Azərbaycanla Rumıniyanın qiymətləndiricilərinin birgə həyata keçirə biləcəyi layihələr müzakirə olunub.
Tərəflər iki ölkənin peşəkar təşkilatları arasında əlaqələrin genişləndirilməsi, qiymətləndirmə sahəsində təcrübə mübadiləsi və Azərbaycan qiymətləndiricilərinin Avropa qiymətləndirmə məkanına inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparıblar.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026