12:21 - 13.10.2026
13 Oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə mətbuata bəyanatında ölkəmizin xarici investisiya imkanları və nəqliyyat-logistika potensialı barədə mühüm fikirlər səsləndirib. Dövlət başçısı Azərbaycanın xaricdəki investisiyalarının həcminin milyardlarla dollara çatdığını və sərmayələrin coğrafiyasının ildən-ilə genişləndiyini vurğulayıb.
"Sərmayələrimizin coğrafiyası genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr bizim həm imkanlarımızı göstərir, eyni zamanda qarşı tərəf üçün də çox böyük fayda verir", — deyə Prezident qeyd edib.
Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələrinin artıq reallaşdığını bildirən dövlətimizin başçısı əlavə edib: “İndi daha çox yüklərin cəlb olunması, yeni ünvanlardan yüklərin səfərbər edilməsi və yükdaşımaların həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, gələcəkdə hər iki tərəfdə reallaşan bütün bu layihələr başa çatandan sonra yükdaşımaların da həcmi artacaq”.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026