12:14 - 15.10.2026
15 oktyabr, Fineko/abc.az. Azərbaycanda bank sektorunda təmərküzləşmənin yüksək səviyyəyə çatması üçün hələ lazımi şərait formalaşmayıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Açıqlamasına aydınlıq gətirən AMB rəsmisi bildirib ki, bank sektorunda təmərküzləşmə sistem əhəmiyyətli bankların fəaliyyət göstərdiyi bütün ölkələrdə müşahidə olunur.
Onun sözlərinə görə, həmin ölkələrdə bəzi banklar digərləri ilə müqayisədə daha böyük bazar payına malikdir. Dünyanın 130-dan çox ölkəsinin əksəriyyətində bu xüsusiyyət xarakterikdir:
"Məsələ təmərküzləşmənin hansı səviyyədə olması və necə tənzimlənməsidir. Son dörd ildə Azərbaycanda bank sektorunda təmərküzləşmə faktiki olaraq azalıb. Başqa sözlə, iri bankların bazar payı kiçilib, kiçik bankların mövqeyi isə müəyyən qədər yaxşılaşıb".
Ş.Mahmudzadə qeyd edib ki, iri bankların maliyyələşmə xərcləri ilə kiçik bankların maliyyələşmə xərcləri arasında müəyyən fərqlər var:
"Bununla yanaşı, iri bankların daşınmaz əmlak və digər sistemlərlə işləmək imkanları daha genişdir.
Əgər lisenziyaların alınması ilə bağlı və ya digər məhdudiyyətlər tətbiq olunarsa, bu, təmərküzləşməni daha da artıra bilər. Azərbaycanda isə hazırda orta səviyyəli təmərküzləşmə müşahidə olunur və biz hələ yüksək səviyyəli təmərküzləşməyə hazır deyilik".
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026