10:19 - 13.10.2026
13 oktyabr, Fineko/abc.az. Ağdam Sənaye Parkında un istehsalının həyata keçirilməsi məqsədilə yeni layihəyə start verilir. İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Ağdam Sənaye Parkında “Ağdam Agro Un” MMC-yə yeni rezident statusu verilib. İnvestisiya dəyəri 12 milyon manat təşkil edən bu layihə çərçivəsində müəssisədə un istehsalının təşkili nəzərdə tutulur.
Dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə Ağdam rayonunda 190 hektar ərazidə salınan Sənaye Parkının əsas məqsədi işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının yüksəldilməsi, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun təmin olunmasıdır. Parkın prioritet fəaliyyət istiqamətlərinə tikinti materiallarının, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət, süd, yem və gübrə istehsalı, eləcə də xidmət sahələrinin və soyuducu kameraların təşkili daxildir.
Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlar üçün dövlət tərəfindən geniş güzəştlər və əlverişli investisiya şəraiti təmin edilib. Rezidentlər 10 il müddətinə əmlak, torpaq, gəlir və mənfəət vergilərindən, həmçinin istehsal məqsədilə ölkəyə gətirilən texnika, avadanlıq və xammal üzrə ƏDV və gömrük rüsumlarından azaddırlar. Bundan əlavə, sahibkarlar üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər dəstək mexanizmləri də tətbiq olunur. Hazırda rezidentlərinin sayına görə ölkədə 2-ci yeri tutan Sənaye Parkında istehsal edilən məhsullar həm daxili tələbatın ödənilməsinə yönəldilir, həm də xarici bazarlara ixrac olunur.
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026