Mərkəzi Bankda mühüm təyinat: Sığorta sektoruna nəzarət ona həvalə olundu

11:37 - 8.10.2026


8 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankında yeni kadr təyinatı gerçəkləşib. Lalə Səfərova Mərkəzi Bankın Sığortaçılara prudensial nəzarət metodologiyası şöbəsinin müdiri vəzifəsinə gətirilib.

O, yeni postunda risk əsaslı və proaktiv nəzarət mexanizmlərinin inkişafına, eləcə də ölkədə daha dayanıqlı və güclü sığorta sektorunun formalaşdırılmasına cavabdeh olacaq.

L.Səfərova 2020-ci ilin yanvarından Mərkəzi Bankda müxtəlif illərdə aktuar analitik, aparıcı aktuar analitik və baş aktuar analitik vəzifələrində çalışaraq zəngin təcrübə toplayıb. Mərkəzi Banka qədər isə o, Maliyyə Bazarlarına Nəzarət Palatasında makroprudensial nəzarət və metodologiya istiqamətində, habelə “PAŞA Həyat Sığorta” ASC-də anderraytinq və təkrarsığorta sahəsində fəaliyyət göstərib.

©Plat.az