11:55 - 15.10.2026
15 oktyabr, Fineko/abc.az. Azərbaycanda mis və qızıl hasilatı ilə məşğul olan "Anglo Asian Mining" (AAM) şirkəti 2026-cı ilin III rübünün maliyyə-istehsalat nəticələrini açıqlayıb.
Şirkət iyul-sentyabr aylarında 6 781 unsiya qızıl hasil edib (ötən ilin eyni dövründə 6 798 unsiya). İlin ilk 9 ayında isə ümumi qızıl hasilatı artaraq 19 110 unsiyaya çatıb (2025-ci ilin 9 ayında 18 912 unsiya).
Hesabat rübündə şirkət bir unsiyasını orta hesabla 4 259 dollardan (ötən il 3 430 dollar) olmaqla 5 733 unsiya qızıl külçəsi satıb. AAM 2026-cı il üzrə illik qızıl hasilatı proqnozunu 26-30 min unsiya səviyyəsində saxlayıb.
Qeyd edək ki, şirkət 2030-cu ilədək yeni mədənlərin ("Xarxar", "Qaradağ", "Zəfər") hesabına illik mis hasilatını 50-55 min tona çatdırmağı planlaşdırır.
15 Oktyabr 2026
15 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026