11:34 - 15.10.2026
15 oktyabr, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanın bank sektorunun kapital mövqeyində ikitərəfli tendensiya qeydə alınıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, kapital həm potensial itkiləri qarşılamaq imkanını artırıb, həm də bazarın genişlənməsini dəstəkləyib:
"Sektorun məcmu kapitalı 7 milyard manata çatıb ki, bu da ötən il iyulun 1-i ilə müqayisədə 0,6 milyard manat çoxdur. Kapital adekvatlığı 17,7 % təşkil edib. Mövcud kapital mövqeyi sektorun risk ölçülmüş aktivlərinin əlavə olaraq 20,1 milyard manat artımını dəstəkləmək imkanı yaradıb". Gələn il yanvarın 1-dən kapital tələblərinin Basel III standartlarına uyğunlaşdırılması nəzərdə tutulur deyən A.Həsənov bildirib ki, yenilənmiş kapital tələbləri çərçivəsi bank sektorunun maliyyə dayanıqlığını daha da gücləndirəcək".
Müəllif: Elmir Muradov
15 Oktyabr 2026
15 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026