11:58 - 12.04.2018
12 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu bu günə qədər verilən ipoteka kreditlərinin miqdarını və məbləğini açıqlayıb.
Fonddan verilən məlumata əsasən, cəmi 2006-ci ildən Fondun xətti ilə 22 032 ipoteka krediti verilib.
“Kreditlərin məbləği 998 milyon 549 min 560 manatdan çoxdur”, - deyə Fonddan bildirdilər.