11:56 - 25.05.2026
25 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 142,8 milyon manat kredit verilib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,1 % azalaraq 87,1 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2 dəfə azalaraq 150 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 42,6 milyon manat olub.
25 İyun 2026
25 İyun 2026
24 İyun 2026
24 İyun 2026