Prezident onu vəzifəsindən azad edib - Sərəncam

14:09 - 7.09.2026


7 sentyabr, Fineko/abc.az. Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 7-də sərəncam imzalayıb.

Sərəncama əsasən, Fəxri Kazımov Fondun İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.