11:22 - 24.07.2026
24 iyul, Fineko/abc.az. Azərbaycanda ipoteka kreditlərinin məbləği 4 milyard manatı keçib.
ABC.AZ xəbər verir ki bu barədə, İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev jurnalistlər üçün keçirilən təlimdə bildirib.
Onun sözlərinə görə, təkcə son 2 ildə 1 milyard manat ipoteka krediti verilib. İndiyədək 59 mindən artıq vətəndaş ipoteka krediti götürüb.