“Azersu” ölkə regionlarında daha 10 min hektar sahənin suvarılma sistemini yaxşılaşdırır

17:33 - 16.10.2017


“Azərsu” ASC (Azərbaycanın milli su operatoru) Hacıqabul və Şamaxı rayonlarında və Padarçöl adlı ərazidə 10 min hektar sahənin suvarma layihəsinin icrasını yekunlaşdırır.  

ASC-in məlumatına əsasən, əkin sahələrinin suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən Kür sutəmizləyici qurğularından qaynaqlanacaqdır.

“Layihədə, Padarçöl ərazisinə ümumi uzunluğu 27,5 km olan iki ədəd magistral su xəttinin tikintisi nəzərdə tutulub. Hal-hazırda isə xəttin artıq 26 km-lik hissəsi tikilib”, - məlumatda belə deyilir.

“Azərsu”  analoji layihəni Zərdab rayonunda gerçəkləşdirib, burada suvarma layihəsi iyun ayında başa çatıb.